Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili səfərdə olduğu Polşanı tərk edib.
Modern.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, onun hansı ölkəyə getdiyi məlum deyil.
“Gürcüstan hökumətinin axtarışa verdiyi Mixail Saakaşvili Polşanı tərk edib”-deyə yerli mətbuat xəbər yayıb. Siyasətçinin Ukrayna pasportunun ləğv olunmasına baxmayaraq Saakaşvilinin sərbəst hərəkət etdiyi bildirilir.
Vüqar İSMAYILOV