May ayının 19-da deputat Novruz Aslanov İsmayıllıdakı ofisində sakinlərin növbəti qəbulunu keçirib. Qəbula 40-a yaxın sakin gəlib.
Millət vəkili görüşə gələnlərin hamısını fərdi qaydada qəbul edib. Ayrı-ayrılıqda hamını dinləyən millət vəkili müvafiq işlərin görülməsi üçün əlaqədar təşkilatlara müraciətlərin ediləcəyini sakinlərə bildirib. Qaldırılan məsələlər əsasən müalicə, torpaq sahəsi, işlə təminat, sosial, maddi və digər yardımlar barəsində olub.
Məlumat üçün bildirək ki, ərizələrə əsasən mərkəzi və yerli icra hakimiyyəti orqanlarına müvafiq müraciətlər edilib. Müalicəyə ehtiyacı olanların rayon xəstəxanasında müalicəsi təmin edilib, digər sahələr üzrə məsələlərə baxılması üçün yerili icra orqanlarına müraciətlər ünvanlanıb. Bəzi məsələlər görüş zamanı öz həllini tapıb.
“Əlaqədar təşkilatlarla işgüzar əməkdaşlıq sayəsində rayonda bir çox məsələlər icraata götürülüb və həlli müvafiq qaydada həyata keçirilməkdədir. Xüsusilə, içməli su, təbii qaz məsələsi, kəndlərə gedən yolların, kənd arası yolların əsaslı və ya cari təmiri, elektrik transformatorlarının yenisi ilə əvəzlənməsi, elektrik dirəklərinin dəyişdirilməsi istiqamətində deputatın əlaqədar təşkilatlara müraciətinə əsasən müvafiq işlərin görülməsi nəzərdə tutulub. Bu barədə deputatın müraciətlərinə əsasən daxil olmuş cavab məktublarında bildirilib”-deyə deputatın qərargahından Modern.az-a bildirilib.
Bəzi müraciətləri nəzərinizə çatdırırıq:
1.Cabbarov Allahverən - İvanovka kəndi, Naftalan sanatoriyasına göndəriş.
2.Tağıyeva Şirinbəyim - Bakı şəhəri, oğlunun işlə təmin olunması.
3.Abbasov İsbat - Qaraqaya kəndi, evin tikilməsinə köməklik.
4.Umudova Göycək - Lahıc qəsəbəsi, Fəxri təqaüdün verilməsi.
5.Aslanov Telman - Şəbiyan kəndi, maddi yardım.-100$ verildi.
6.Soltanov Çiçək - Gəndov kəndi, torpaq sahəsi ilə əlaqədar.
7.Səmədov Rahib - Təzəkənd kəndi, gözlərinin müalicəsinə köməklik.
8.Şirəliyev Nazir -Talıstan kəndi, nəvələrinə torpaq sahəsinin verilməsi.
9.Dünyamalıyev Şöhrət - Keyvəndi kəndi, maddi yardım.
10.Osmanova Lumu - Yuxarıbaş kəndi, yaşayış evi yoxdur.
11.Allahyarova Vəsilə - Lahıc qəsəbəsi, uşağı xəstədir müalicəsinə köməklik. Rayon Xəstəxanasına tapşırıldı.
12.Əsədova Əsmər - Tağlabiyan kəndi, həyətyanı torpaq sahəsinin verilməsi.
13.Paşayev Elmira - İsmayıllı rayon, oğlunun əməliyyat olunmasına köməklik.
14.Məhərrəmov Rafael - Soltankənd kəndi, 5 nəfərin kənddə məktəb tikintisinə işə qəbul edilməsinə köməklik .
15.Məhərrəmova Gülnarə - Xənəyə kəndi, uşağı xəstədir ailə vəziyyəti ağırdır. Sosial yardım almasına köməklik .
16.Ağayeva Nəzakət -İsmayıllı şəhəri, qızı Bakı Tibb Kolecində oxuyur, təhsilinə köməklik. Köməklik edildi.
17.Lətifov Məleykə - İsmayıllı şəhəri, yardım.
18.Qurbanova Böyükxanım - İsmayıllı şəhəri, sosial yardım ala bilmir.
19.Mustafayeva Lətifə - İsmayıllı şəhəri, sosial yardım ala bilmir.
20. Dəmirova Nüşabə -İsmayıllı şəhəri, qızı Türkiyəyə idman yarışına gedir, maddi köməklik.-100$ verildi.
21.Dünyamalıyev Asif -Şəbiyan kəndi, qardaşı Qazaxıstandadır. Pasportunu dəyişdirə bilmir.
22.Babayev Vidadi - İşmayıllı şəhəri, işlə təmin olunmasına köməklik .
23. Məmmədov Əlyar -Tircan kəndi, torpaq sahəsinin verilməsinə köməklik.
|
|
|
|
|
|
|