Modern.az

Bakının bu yolu bağlanır - XƏBƏRDARLIQ  

Bakının bu yolu bağlanır - XƏBƏRDARLIQ   

8 Avqust 2017, 17:03

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Sabunçu rayonu Balaxanı- Binəqədi (Balaxanı qəsəbəsinin mərkəzindən Binəqədi yolunun başlanğıcına kimi) avtonəqliyyat vasitələrinin hərəkəti bu gündən – 8 avqustdan etibarən qismən məhdudlaşdırılacaq.

 

“Azəravtoyol” ASC-dən Modern.az-a verilən məlumata görə, sözügedən avtomobil yolunda məhdudlaşdırma təmir işləri bitənədək – yəni 3 gün, avqust ayının 11- nə kimi qüvvədə olacaq.

  

“Azəravtoyol” ASC vətəndaşlardan yarana biləcək narahatlığa görə öncədən üzr istəyir, sürücülərdən alternativ yol kimi Zabrat avtomobil yolu və Ziya Bünyadov prospektindən istifadə etmələrini tövsiyə edir”, - deyə məlumatda vurğulanıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu