Modern.az

Çindəki zəlzələdə yüzlərlə insan həyatını itirdi - Yenilənib

Çindəki zəlzələdə yüzlərlə insan həyatını itirdi - Yenilənib

Aktual

8 Avqust 2017, 21:31

Çində baş verən zəlzələdə yüzlərlə insan həyatını itirib. Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, zəlzələ nəticəsində 5 nəfər ölüb, 63 nəfər xəsarət alıb. Ölən şəxslərin turiat olduğu bildirilir. Yerli vaxtla 21.19-da (Bakl vaxtı ilə 17.19-da) qeydə alınan təkanlar yer səthindən 8 km dərinlikdə qeydə alınıb.

Çinin fövqəladə halların fəsadlarının aradan qaldırılması üzrə milli komissiyası zəlzələ nəticəsində yüzlərlə insanın öldüyünü, minlərlə şəxsin xəsarət aldığını ehtimal edir. Yeraltı təkanlar 20 mindən çox evə ziyan vurub.

 

18:15

 

Çinin mərkəzində yerləşən Sıçuan əyalətində güclü zəlzələ baş verib.

 

Modern.az-ın məlumatına görə, zəlzələnin gücü Rixter cədvəli 6,6 bal təşkil edib.

Zəlzələnin episentri Yerin 9 kilometr dərinliyində qeydə alınıb.

 

Yeraltı təkanlar nəticəsində itkilərin və dağıntıların olub-olmaması barədə hələlik məlumat yoxdur.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu