Biləsuvarda yanğın faktı qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, rayonda vətəndaşa məxsus ümumi sahəsi 70 kvadrat metr olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Modern.az