Daşkəsən rayonunda bədbəxt hadisə baş verib. Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində meşədə qeydə alınıb. Rayon sakini, 25-30 yaşlarında olan kişi meşədə ağac qırarkən ağac onun üstünə aşıb.
Həmin şəxs xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Modern.az