“Beynəlxalq Ordu Oyunları - 2017” çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında minaatan heyətimiz “Artilleriya atəşinin ustaları” müsabiqəsinin növbəti mərhələsini müvəffəqiyyətlə başa vuraraq beynəlxalq müsabiqənin finalına yüksəliblər. Bu barədə Modern.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, finalda Azərbaycan artilleriyaçıları ilə yanaşı Rusiya, Belarus və Qazaxıstan komandaları da güclərini sınayacaqlar.
Modern.az