Gürcüstan Xarici İşlər Naziriliyi Rusiya prezidenti Vladimir Putinin ölkənin separatçı bölgəsi Abxaziyaya səfərini pisləyib. Modern.az xəbər verir ki, bununla bağlı Gürcüstan Xarici İşlər Naziriliyinin bəyanatında bildirilir.
Gürcüstan XİN-in rəsmi bəyanatında bildirilir ki, Rusiya prezidentinin separatçı bölgəyə səfəri fundamental normaları və beynəlxalq qanunvericiliyi pozub: "XİN Rusiyanı Gürcüstanın dövlətçiliyinə qarşı yönəlmiş təxribatçı addımlara son qoymağa və suveren dövlətin ərazi bütövlüyünə hörmətlə yanaşmağa çağırıb”.
Gürcüstan XİN-i Rusiyanın beynəlxalq öhdəlikləri icra etməsi üçün beynəlxalq ictimaiyyəti effektiv tədbirlər görməyə çağırıb.
Modern.az