Lənkəranda bıçaqlanma hadisəsi baş verib. Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb. İsazadə Taleh Musa oğlu təcili olaraq xəstəxanaya çatdırılıb və əməliyyata alınıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Hadisənin kim və ya kimlər tərəfindən törədildiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Modern.az