Modern.az

Şəmkirdə ağır qəza: 3 yaralı

Şəmkirdə ağır qəza: 3 yaralı

Aktual

9 Avqust 2017, 00:24

Şəmkir-Gədəbəy avtomobil yolunda ağır yol qəzası baş verib, ölən və yaralananlar var. Modern.az APA-ya istinadən xəbər ki, hadisə Şəmkir rayonunun Qasımalılar kəndi ərazisində qeydə alınıb. “Niva” və “Mercedes” markalı avtomobillərinin toqquşması nəticəsində “Niva”nın sərnişini Gədəbəy rayon sakini 1955-ci il təvəllüdlü Zahid Şirinov ağır vəziyyətdə xəstəxanaya aparılan zaman yolda dünyasını dəyişib.

Bundan başqa “Niva”nın sürücüsü, həmçinin “Mercedes”də olan 3 nəfər müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Onlardan bir nəfərin vəziyyəti ağır, 2 nəfərin – orta ağır, bir nəfərin isə normal qiymətləndirilir.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, qəza nəticəsində dünyasını dəyişən şəxs Gədəbəy rayon poliklinikasının keçmiş baş həkimi olub. 

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu