Modern.az

Toponomiya Komissiyası niyə iclas keçirmir...  

Toponomiya Komissiyası niyə iclas keçirmir...    

Aktual

9 Avqust 2017, 09:08

Azərbaycanda yer adlarının dəyişidilməsi ilə məşğul olan Milli Məclis yanında  Toponomiya Komissiyası fəaliyyət göstərir. Bu komissiyanın uzun müddətdir ki, iclası keçirilmir.

 

Məsələ ilə bağlı  Toponomiya Komissiyasının sədri, deputat İsa Həbibbəyli Modern.az-a açıqlama verib.

 

Deputat komissiyanın iclaslarının yerli icra hakimiyyəti orqanlarından və bələdiyyələrdən məktublar daxil olduqda keçirildiyini bildirib.

 

“Həmin məktublara əsasən, yeni yaradılan yaşayış məntəqələrinə adlar verilir. Həmçinin təklifdə göstərilən mövcud adların dəyişdirilməsi məsələsinə baxılır. Toponomiya Komissiyası yalnız yerli təşəbbüslə məktublar daxil olduqda toplanır. Görünür ki, hələ bununla bağlı elə bir ehtiyac yoxdur. Ona görə də komissiyanın iclasları keçirilmir. Bunun başqa bir səbəbi yoxdur”.

 

Komissiya sədri deyib ki, yer adlarının tez-tez dəyişdirilməsi heç də müsbət hal deyil.

 

“Yer adlarında xalqın keçmişi, tarixi ilə bağlı müəyyən məsələlər var. Amma hələ ki, komissiyaya bu barədə təkliflər göndərilməyib. Hazırda Milli məclisin deputatları tətildədir. Əgər  payız sessiyasında komissiyaya materiallar daxil olsa, Toponomiya Komissiyası növbəti iclasını keçirə bilər”.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu