Modern.az

İmtahanlarda yüksək bal toplayan polis övladları - FOTOLAR

İmtahanlarda yüksək bal toplayan polis övladları - FOTOLAR

Aktual

9 Avqust 2017, 10:56

Ali məktəblərə qəbul imtahanları və onun həyəcanı artıq arxada qaldı. Sevinənlər də oldu, məyus olanlar da. Həyatın ilk sınağından qalib çıxanların, yüksək balla ali məktəblərə daxil olanların içində həmkarlarımızın övladlarının olmasına çox sevindik. Həm də biləndə ki, onlardan bəziləri valideynlərinin yolunu davam etdirib gələcəkdə polis olmaq arzusundadırlar, bu, gələcəyə olan inamımızı daha da artırdı.


Demək, bizdən sonra savadı, bilik və bacarığı, səmimiyyəti ilə xalqa, dövlətə xidmət edəcək gənclər yolumuzu inamla və uğurla davam etdirəcək.


Onlardan bir neçəsi ilə sizləri tanış etmək istəyirik.


Aydan və Nigar Quliyevalar
da polis övladlarıdır. Ataları Əjdər Quliyev DİN-in Polis Akademiyasında “DİO-da xüsusi texnika” kafedrasının rəisi, polis polkovnikidir. Bacılar bu il keçirilən qəbul imtahanlarında yüksək bal toplayaraq Akdəniz universitetinin “İç memarlıq və çevrə tasarımı” fakultəsinə qəbul olunublar.


Ramazanov  Elvin Əliyar oğlu 2000-ci ildə Bakı şəhərində doğulub. Orta məktəbi əla qiymətlərlə bitirib. Qəbul imtahanlarında III qrup üzrə 682 bal toplayaraq DİN-in Polis Akademiyasına daxil olub. Elvinin atası Əliyar Ramazanov  DİN-in Polis Akademiyasının əməkdaşı, polis mayorudur.


Gənclərimizi təbrik edir, uğurlar arzulayırıq.

 


Hafiz Təmirov,
polis mayoru

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu