Modern.az

Azad Rəhimov: "London Olimpiya oyunlarında minimum 9 medal qazanmalıyıq"

Azad Rəhimov: "London Olimpiya oyunlarında minimum 9 medal qazanmalıyıq"

Təhsil

20 May 2011, 14:13


Gənclər və İdman naziri Azad Rəhimov Rusiyanın 24-cü kanalı və Yekaterenburq vilayətində yayımlanan kanalı üçün hazırlanan “Azərbaycana yol” verilişinin çəkilişi üçün ölkəmizə səfərə gəlmiş jurnalistlərə müsahibə verib.

İlk olaraq nazir gənclər və idman nazirliyinin tarixi, gənclər və idman sahəsində bu günədək görülən işlər, “2011-2015-ci illər Azərbaycan Gəncliyi Dövlət Proqramı”, “Gənclər haqqında Qanun” və digər mövzulardan danışdı. Eyni zamanda Azad Rəhimov gənclərin məşğulluğu ilə bağlı keçirilən sərgilər, “Karyera mərkəzləri” barədə, gənclər üçün gerçəkləşdirilən layihələr, ölkədə fəaliyyət göstərən 200-dən artıq gənclər təşkilatlarının müxtəlif istiqamətləri əhatə edən layihələrindən də söz açıb. Azad Rəhimov qeyd edib ki, bu gün Azərbaycanda 1 milyon qaçqın var. Qaçqın gəncləri cəmiyyətdən ayırmaq olmaz deyən nazir, onlar üçün müxtəlif səpkili layihələrin həyata keçirildiyini, istedadlı gənclərin üzə çıxmaları üçün müxtəlif müsabiqələrin gerçəkləşdirildiyini ifadə edib.

Azad Rəhimov eyni zamanda nazirliyin gənclər sahəsində həyata keçirdiyi  beynəlxalq layihələr barəsində də məlumat verib. Rusiyada fəaliyyət göstərən “AMOR” təşkilatı, bu təşkilatın ətrafında birləşən Azərbaycanlı tələbələr, onların Rusiyada gerçəkləşdirdikləri layihələr barədə nazir geniş danışıb.

Təhsil sahəsinə də toxunan Azad Rəhimov deyib: “Bu gün təhsil, savad, kompyuter, dil bilikləri hər bir gəncin inkişafı üçün ən önəmli amillərdən biridir. Bu gün biz, gənclərin məsafədən (distance) təhsil almaları  üçün yeni layihələr işləyib hazırlayırıq. ”

Rusiya və Azərbaycan arasında gənclər sahəsində gerçəkləşdirilən layihələrə toxunan nazir ölkəmizə Rusiaynın gənclər və idman sahəsinə məsul şəxslərinin səfərindən,  2010-cu il tarixində Rusiya Federasiyası Dağıstan Respublikasında Azərbaycan  Gənclərinin Günlərinin keçirilməsi, 2010-cu il tarixdə Moskva şəhərində Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının II Konfransı, 2010-cu il tarixdə “Seliger 2010” Ümumrusiya gənclər təhsil forumu çərçivəsində keçirilən “Biz MDB-nin gələcəyiyik!” növbəsində Azərbaycan gənclərindən ibarət nümayəndə heyəti iştirakı haqqında məlumat verib. Nazir eyni zamanda qeyd edib ki, “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Saziş” layihəsi hazırlanıb və müvafiq qaydada dövlət daxilində razılaşdırıldıqdan sonra qarşı tərəfə göndərilib. Bununla yanaşı “Rusiya Federasiyasının İdman, Turizm və Gənclər Siyasəti Nazirliyi və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi arasında bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”  layihəsi isə müvafiq dövlət orqanları tərəfindən rəy verilməsi üçün Nazirlər Kabinetinə təqdim edilibr.

İdmandan  da danışan nazir, bu  son iki ildə hər iki ölkədə təşkil olunan 20 –yə yaxın müxtəlif idman tədbirlərində idmançılar qarşılıqlı olaraq iştirak etmələrindən bəhs edib.

Azad Rəhimov: “Hal hazırda biz London olimpiadasına hazırlaşırıq. Əgər Atlanrada medallarımızın sayı 1, Sidneydə 3, Afinada 5, Pekində 7 idisə, təbii ki, London Olimpiya oyunlarlnda minimum 9 olmalıdır. Bu gun biz fəxr hissi ilə ölkəmizdə ilbəil sayı artan Olimpiya İdman Komplksləri (OİK), beynəlxalq səviyyəli  yarışlar, qazanılan medallar haqda da danışa bilərik”.

Regionlarda tikilən OİK ilə bağlı suala nazir belə cavab ki, Bakı şəhərində idmanın inkişafı üçün çox böyük işləri görüb qurtarandan sonra, regionlarda da bu fəaliyyətə başlamaq olardı.
“Amma regionlarda da idman infrasitrukturunu genişləndirməklə, idmanla məşğul olan gənclərin sayını artırmış olub, daha bötük uğurlar əldə edə bilirik..”.

Bu gün Azərbaycanda güləş, cüdo, boks evlərinin tikildiyini, gimnastika mərkəzinin, hovuz kompleksinin əsasının qoyulduğunu da Azad Rəhimov bildirib.

Azad Rəhimov: “Azərbaycanda çox güclü güləş, cüdo məktəbi var. Amma əfsuslar olsun ki, güləş, cüdo evi yoxdur. Biz bu istiqamətdə də işlərimizi davam etdiririk”.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular