“Bu gün Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən “Gədəbəy, Qoşa, Ordubad qrupu, Söyüdlü, Qızılbulaq və Vejnəli perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Hökuməti ilə R.V.İnvestment Group Services, LLC şirkəti arasında imzalanmış Sazişə əsasən, Gədəbəy qızıl filiz yatağında hasil edilmiş əmtəəlik qızılın növbəti partiyası - 3652,7 troy unsiya (113,6 kiloqram) miqdarında 999,9 əyarlı qızıl külçələr təhvil alınaraq etibarlı saxlanılması üçün Azərbaycan Respublikası Mərkəzi Bankında yerləşdirilib”.
Bu barədə Modern.az-a Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyev məlumat verib.
M.Piriyevin sözlərinə görə, bununla da, Mərkəzi Bankda saxlancda olan Azərbaycan Respublikası Hökumətinə məxsus qızılın miqdarı 12514,7 troy unsiyaya (389,2 kiloqrama) çatıb: “Onun bu günə bazar dəyəri 18,7 milyon ABŞ dolları təşkil edir”.
Modern.az