Modern.az

“Qarabağ” – “Kopenhagen” matçının biletlərinin satış tarixi bəlli olub

“Qarabağ” – “Kopenhagen” matçının biletlərinin satış tarixi bəlli olub

9 Avqust 2017, 21:14

Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Kopenhagen” matçının biletlərinin satış tarixi bəlli olub. Modern.az "APA"ya istinadən xəbər verir ki, qarşılaşmanı izləmək istəyən azarkeşlər avqustun 12-dən – şənbə günündən etibarən bilet ala biləcəklər.

Biletləri Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından əldə etmək mümkün olacaq. Qiymətlər sektorlara görə 1, 2, 3, 5 və 10 manat arasında satılacaq. VİP biletlər isə 50 manat dəyərində olacaq.

 

Qeyd edək ki, “Qarabağ” – “Kopenhagen” matçı avqustun 15-də Bakıda keçiriləcək və 21:00-da start götürəcək.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu