Şimali Koreya hakimiyyəti ömürlük həbs cəzasına məhkum olunan şəxsi azadlığa buraxıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Şimali Koreyada ömürlük həbs cəzası alan kanadalı keşiş Lim Xyon Su artıq azadlıqdadır.
Məlumata görə, Kanada vətəndaşı Lim Xyon Su səhhəti ilə əlaqədar olaraq, Koreya Xalq Demokratik Respublikası Ali Məhkəməsinin cari il avqustun 9-u tarixli uyğun qərarı əsasında azadlığa buraxılıb.
Qeyd edək ki, Koreya əsilli kanadalı keşiş Lim Xyon Su 2015-ci ildə ölkədə “pozuculuq fəaliyyəti ilə məşğul olduğuna görə” ömürlük azadlıqdan məhrum edilmişdi. O, cəzasını Şimali Koreya islah əmək müəssisələrindən birində çəkirmiş.
Modern.az