Modern.az

ABŞ-da atışma: 1 ölü, 6 yaralı

ABŞ-da atışma: 1 ölü, 6 yaralı

9 Avqust 2017, 21:57

ABŞ-da baş verən atışmada 1 nəfər ölüb, 6 nəfər yaralanıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə ABŞ-ın  İllinoys ştatının Çikaqo şəhərində baş verib.

Məlumata görə, hadisə polis idarəsindən iki yaşayış məhəlləsi aralıda baş verib. Bir qrup naməlum şəxs küçədə insanlara atəş açıb. Atəş nəticəsində 28 yaşlı gənc öldürülüb. Cinayətkarlar hadisə yerindən qaçaraq gizləniblər.

Hadisənin başvermə səbəbləri barədə məlumat verilmir. Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətkarın axtarışına başlayıb.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu