Modern.az

Avropa Parlamentinin sədri Milli Məclisdə müxalifətin aksiyasına münasibət bildirdi

Avropa Parlamentinin sədri Milli Məclisdə müxalifətin aksiyasına münasibət bildirdi

Təhsil

20 May 2011, 14:46

“Azərbaycanda keçirdiyim görüşlərdə Avropa Parlamentində mayın 12-də Azərbaycanla bağlı qəbul edilən qətnamə ilə bağlı müzakirələr aparacağam”.
Bunu Avropa Parlamentinin (AP) prezidenti Yerji Buzek Milli Məclisin (MM) spikeri Oqtay Əsədovla görüşündən sonra keçirdiyi brifinqdə bildirib. (APA)

O, AP-nin Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində ərazi bütövlüyünü tanıdığını bildirib: “Biz Azərbaycandan öz üzərinə götürdüyü öhdəliklərdən başqa nə isə etməyi tələb etmirik. Azərbaycanın suverenliyinə hörmətlə yanaşırıq. Amma Azərbaycan hakimiyyətinin aprelin 2-də keçirilən aksiyaya verdiyi reaksiya beynəlxalq sənədlərlə ziddiyyət təşkil edir”.

Y. Buzek qeyd edib ki, qarşıda AP və MM əməkdaşlığının inkişafı üçün yaxşı dövr yaranıb, parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi mümkündür.  AP prezidenti təmsil etdiyi qurumun regiondakı “dondurulmuş münaqişələr”in həllinə öz töhfəsini verməyə hazır olduğunu da bəyan edib. O, həmçinin media, insan haqları kimi məsələlərə önəm verdiklərini də vurğulayıb: “Azərbaycan və Avropa eyni dəyərləri paylaşır. Biz eyni zamanda iqtisadiyyat, ticarət və enerji sahəsində əməkdaşlığı dəstəkləyirik. Biz Azərbaycanın müstəqilliyini, beynəlxalq səviyyədə tanınan sərhədlər çərçivəsində ərazi bütövlüyünü tanıyırıq, suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşırıq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular