ABŞ-ın Ermənistana təyin etdiyi yeni səfir Amerika erməni lobbisinin ciddi narazılığına səbəb olub. Modern.az Amerika Erməni Assambleyasının (AEA) saytına istinadən bildirir ki, qurum bununla abağlı bəyanat qəbul edib. Bəyanatda deyilir ki, AEA Con Xeffernin namizədliyi ilə bağlı Senatda ciddi təsdiq prosesinin olacağını gözləyir.
AEA bəyan edib ki, Xeffern 90-cı illərin ortalarında antierməıni mövqeyi ilə tanınan və türk tərəfdarı kimi məşhur olan respublikaçı-konqresmen Daq Beryuterin köməkçisi işləyib. Lobbi təşkilatı onu “qızğın türkpərəst və antierməni senator” adlandırıb.
“Con Xeffern bununla bağlı aydınlıq gətirməli və baxışlarının köməkçisi olduğu keçmiş konqresmendən fərqləndiyini sübut etməlidir”-deyə AEA qeyd edib.
Qeyd edək ki, ABŞ prezidentinin təqdimatı ilə Con Xeffern bu ölkənin Ermənistanda səfiri təyin edilib.