Modern.az

Seçiciləri Vahid Əhmədovdan suallarına cavab istəyiblər

Seçiciləri Vahid Əhmədovdan suallarına cavab istəyiblər

Təhsil

20 May 2011, 16:29


Millət  vəkili  Vahid  Əhmədov  dünən  Quba  rayonunun  Qonaqkənd qəsəbəsində  seçicilərlə  növbəti  görüşünü  keçirib. Görüşün əvvəlində  deputat  Milli  Məclisdəki  fəaliyyəti  barədə  seçicilərə ətraflı  məlumat  verib. Sonra tədbirdə  iştirak  edən  kənd sakinləri  onları  narahat  edən  problemlərdən  danışıblar.
Deputat köməkşisi Arif Orucovun Modern.az-a bildirdiyinə görə,  tədbirdə qeyd olunub ki, deputatın  uğurlu  fəaliyyəti  nəticəsində  rayon rəhbərliyinin  kəndin  problemlərinin  həlli  istiqamətində  apardığı iş  gücləndirilib, rayon  idarə  və  müəssisələinin  bir  neçə  məsul şəxsləri  kəndə  gələrək  əhali  ilə  ğörüşlər  keçiriblər.

“Sevindirici hal  kimi  Quba-Qonaqkənd  yolunun  təmir  olunması xüsusi  qeyd edildi, çayın  üzərindən  keçən  körpünün  tikintisi  işinin sürətləndirilməsi xahiş  olundu”-deyə köməkçi bildirib.
 
Sonda V.Əhmədov seçicilərin suallarını  cavablandırıb.


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular