Fövqəladə Hallar Nazirliyi Bakının Binəqədi kəndində yanğınla bağlı məlumat yayıb. Modern.az FHN-nin saytına istinadən xəbər verir ki, yanğın vətəndaşa məxsus ümumi sahəsi 175 kvadrat metr olan mansard tipli tikinti materiallarının satışı mağazasında baş verib. Nəticədə mağazanın dam örtüyü və mansardı 168 kvadrat metr sahədə, bitişik ümumi sahəsi 96 kvadrat metr olan çay evinin damı və mansardı yanıb. Mağazanın qalan hissəsi və digər bitişik mağazalar yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
21:46
Paytaxtda yanğın olub. Modern.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonu ərazisində yerləşən tikinti malları mağazasının dam örtüyündə yanğın başlayıb. Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində saat 20:32-də yanğın məhdudlaşdırılıb. Yanğının söndürülməsi üçün işlər davam etdirilir.
Qeyd edək ki, yanğın olan binada bir neçə mağaza, aptek, gözəllik salonu və çay evinin fəaliyyət göstərir.
Modern.az