Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov avqustun 11-də Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyqunun dəvəti ilə Moskva şəhərinə səfərə gedib.
Bu barədə Müdafiə Nazirliyindən Modern.az-a məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində general-polkovnik Z.Həsənov “Beynəlxalq ordu oyunları - 2017” yarışlarının rəsmi bağlanış mərasimində iştirak edəcək.