Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhərində 5 nəfərin Mingəçevir su anbarı ərazisində qayıqda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-dən Modern.az-a verilən məlumata görə, Dərhal Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub. Vətəndaşlara müvafiq köməklik göstərilib.
Əməliyyat saat 12:10-da başa çatıb.