Modern.az

Yəhidilər Eldar Qasımova şərik çıxdılar: “Bizim mərkəzə gələnədək onun səhnə təcrübəsi yox idi”

Yəhidilər Eldar Qasımova şərik çıxdılar: “Bizim mərkəzə gələnədək onun səhnə təcrübəsi yox idi”

Təhsil

20 May 2011, 19:13

İsrail Mədəniyyət Mərkəzinnin keçmiş rəhbəri deyir ki, “Eurovision-2011”in qalibi səhnədə ilk addımlarını onların yanında atıb


“Eurovision-2011” mahnı müsabiqəsinin qalibi olan Eldar Qasımov özünün səhnədə ilk addımlarını İsrail Mədəniyyət Mərkəzində atıb. Bu barədə Bakıdakı Yəhidi Mədəniyyət Mərkəzinin rəhbəri bildirib.

Modern.az-ın məlumatına görə, bu İsrail Mədəniyyət Mərkəzinə 2004-2009-cu illərdə rəhbərlik etmiş Rimma Barkan izrus.co saytına açıqlamasında deyib ki, Eldar Qasımov 2007-ci ildə Yəhudi Mədəniyyət Mərkəzinə gəlib.

“O zaman istedadlı uşaqların üzə çıxarılması ilə bağlı layihə həyata keçirirdik. Üzə çıxardığımız isteadadlı uşaqlar o zaman bizimlə əməkdaşlıq edən xalq artisti Mübariz Tağıyevın yanında vokal dərsləri alır və ölkənin müxtəlif rayonlarında çıxış edirdilər”-deyə Rimma Barkan deyib.

O, qeyd edib ki, Novruz və yəhudi bayramı olan Purim bayramı eyni vaxta düşdüyü üçün Mədəniyyət Mərkəzinin keçirdiyi tədbirlərdə yəhudi və yerli floklor rəqsləri nümayiş olunur və hər iki xalqın mahnıları səslənirdi.
“Eldar həm ivrit dilində, həm də Azərbaycan dilində oxuyurdu. 2007-ci ildə isə Mədəniyyət Mərkəzinin yeni binasının açılışında İsarilin strateji planlaşdırma naziri Aviqdor Libermanla birgə İsrailin dövlət himnini oxumuşdu”-deyə Barman xatırlayıb.

Keçmiş rəhbərin sözlərinə görə, Mədəniyyət Mərkəzinə gələnə qədər musiqi məktəbinin fortepiano sinfində oxuyan Eldar Qasımovun səhnə təcrübəsi olmayıb.
“Mən çox sevindim ki, o necə də böyüyüb və ölkəsini layiqincə təmsil etdi. Çox az müddət keçib, amma o, çox irəliləyib. Eldar əmin ola bilər ki, İsraildə onu sevirlər və xatırlayırlar”-deyə Rimma Barkan deyib.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular