Prezident İlham Əliyev mayın 20-də Heydər Əliyev Beynəlxalq Aeroportu, Mərdəkan, Bilgəh qəsəbələri və paytaxt istiqamətində yeni yol infrastrukturunun genişləndirilməsi işlərinin gedişi ilə tanış olub.
Prezident İlham Əliyev Bakı şəhərində yolların abadlaşdırılması, paytaxt sakinlərinin asudə vaxtlarını səmərəli keçirməsi üçün yeni park və xiyabanların, yaşıllıq zolaqlarının salınması istiqamətində görülən işlərlə tanış olmaq üçün avtobusa minib.
İlham Əliyevlə birlikdə avtobusda nəqliyyat naziri Ziya Məmmədov, Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov, "Azəryolservis" ASC-nin sədri Cavid Qurbanov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov da əyləşib.
Görülən işlərlə yaxından tanış olan Prezident İlham Əliyev paytaxtın giriş qapısı hesab edilən Heydər Əliyev prospektinin şəhərə qədər olan hissəsinin daha da abadlaşdırılması, yol boyu yaşıllıq zolaqlarının salınması, Heydər Əliyev Beynəlxalq Aeroportu, Mərdəkan, Bilgəh qəsəbələri və paytaxt istiqamətində yeni yol infrastrukturunun genişləndirilməsi ilə bağlı müvafiq tapşırıqlarını verib.
Modern.az