Modern.az

Deputatlığa namizədin gizli videosu yayıldı, partiyadan 6 nəfər istefa verdi

Deputatlığa namizədin gizli videosu yayıldı, partiyadan 6 nəfər istefa verdi

Təhsil

21 May 2011, 14:21

Növbəti parlament seçkiləri ərəfəsini yaşayan Türkiyədə qalmqallar bomba kimi partlayır. Modern.az saytının məlumatına görə, millət vəkilliyinə namizədləri pornokaset hədəsi ilə üz-üzə qalan Milliyətçi Hərəkat Partiyasına (MHP) daha bir ağır zərbə dəyib.

MHP lideri Dövlət Bağçalının bir neçə gün öncə “bizi qorxudanların əllərində nə varsa, yaysınlar” açıqlamasının ardından '”Fərqli Ülküçülər” internet saytı daha əvvəl bəyan etdiyi 6 MHP-li deputatlığa namizəddən birincisinə aid kaseti yayıb.
"Pislik-5" adı ilə internetdə yayılan videoda MHP genel başqan yardımçısı Mehmet Ekicinin bir qadınla görüntüləri əsk olunub.

CNNtürk-ün məlumatına görə, bu olayın ardınca Mehmet Ekici açıqlama verib. "Alınım açıq, üzüm ağdır, Bu mənə qarşı bir komplodur" deyə MHP-li funksioner istefa verməyəcəyini bəyan edib.

Belə olan təqdirdə ”Fərqli Ülküçülər” internet saytı yayınlanmaq üçün sıradakı videokasetin MHP genel başkan yardımçısı Osman Çakıra aid olacağını elan edib.

Elə bu bəyanat veriləndən az sonra Osman Çakır Milliyyətçi Hərəkət Partiyası genel baçqan yardımçılığından, partiya üzvlüyündən, eləcədə millət vəkilliyinə namizədliyindən istefa verdiyini elan edib.

Halbuki, Osman Çakır 18 mayda verdiyi açıqlamada haqqındakı iddiaların "böhtan" olduğunu bəyan etmiş, "MHP-yə zərər vermək üçün bunlar gündəmə gətirilir" demişdi.

Mehmet Ekici də istefa verdiyini bəyan edib. Onun ardınca digər genel başqan yardımçısı Cihan Paçacı da istefa verib.
Ən son məlumata görə, MHP başqan yardımçısı Ümit Şafak, baş katib yardımçısı Mehmet Taytak və partiya funksioneri Dəniz Bölükbaşı da istefa verib.
Beləliklə, növbəti kaset qalmaqalı  MHP funksionerinin istefasına səbəb oldu.

Xatırladaq ki, MHP funksionerlərindən istefa tələb edən "Fərqli Ülküçülər” internet saytı öncə MHP-nin genel başqan yardımçısı Bülənt Didinməzin bir qızla yataqdakı ilişkilərindən bəhs edən videosunu yaymışdı.

***

MHP başqanı Dövlət Bağçalı olaya ilkin reaksiya verib. CNN-nin məlumatına görə, o, yeni kasetlər və toplu istefaları şərh edərkən "istefa verənlərin məqsədi partiyanı rahatlaşdırmaq ola bilər. Biz mübarizəmizi davam etdiririk" deyib.


(Gizli videonun linki - //www.youtube.com/watch?v=LVWQxtFFjio)

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular