Tələbə Qəbulu üzrə Dövlət Kоmissiyаsı Ədliyyə Nazirliyi ilə birlikdə 2011-ci il mayın 21-də Ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirib. İmtahan Azərbaycan Texniki Universitetinin idman zalında saat 10:00-da başlanıb və 3 saat ərzində aparılıb.
İmtahanın gedişini yerli və beynəlxalq müşahidəçilər, KİV nümayəndələri, dövlət və qeyri-hökumət təşkilatlarının təmsilçiləri müşahidə ediblər.
İmtahanda iştirak etmək istəyən 258 nəfərin namizədliyi qeydə alınmışdı. Onlardan 245 nəfəri imtahanda iştirak edib, 13 nəfər imatahana gəlməyib.
İmtahanın nəticələri saat 15:45-dən etribarən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının internet saytında yerləşdirilib. (cavablar burada //tqdk.gov.az/EDLIYYE21may.HTM).
Test imtahanının nəticələrinə əsasən 124 nəfər müsabiqə şərtini ödəyərək (55 və daha artıq bal toplayaraq) müsabiqənin növbəti mərhələsində iştirak hüququ qazanıb.
Hər bir namizədə sənədlərini təqdim etdiyi Sənəd Qəbulu Komissiyasındada imtahan nəticələrinə dair arayış təqdim olunacaq.
Modern.az