Modern.az

Daşkəsəndə iki avtomobil toqquşdu: yaralılar var

Daşkəsəndə iki avtomobil toqquşdu: yaralılar var

Aktual

13 Avqust 2017, 23:12

Daşkəsəndə iki avtomobil toqquşub.  Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə Gəncə-Daşkəsən yolunun Bayan kəndindən keçən hissəsində baş verib.

Belə ki, taksi kimi fəaliyyət göstərən "VAZ-2107" markalı avtomobil qarşısına çıxan "VAZ-21015" markalı avtomobilə çırpılıb. Nəticədə taksinin sürücüsü və bir sərnişini, həmçinin digər avtomobildəki sərnişin xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Onların vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu