Perunun mərkəzi bölgəsində 6,1 bal gücündə zəlzələ baş verib. Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, yeraltı təkanların episentri Satipo şəhərindən 62 kilometr şimalda, ocağı isə 40 kilometr dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb. Bir sıra yaşayış məntəqələrində telefon rabitəsi pozulub.
Qeyd edək ki, avqustun 11-də Perunun cənubunda baş verən zəlzələ nəticəsində bir nəfər həyatını itirib. Perunun mərkəzi bölgəsində 6,1 bal gücündə zəlzələ baş verib.
Modern.az