Modern.az

Antarktidada 100-ə yaxın vulkan aşkarlanıb

Antarktidada 100-ə yaxın vulkan aşkarlanıb

14 Avqust 2017, 00:18

Edinburq Universitetinin alimləri Antarktidanın qərb hissəsində buzlaqların altında 100-ə yaxın vulkan aşkar edib. Modern.az  axar.az-a istinadən xəbər verir ki, bu barədə “Qardian” qəzeti araşdırmada iştirak edən alimlərə istinadən məlumat yayıb.

“Biz şoka düşmüşdük. Bu qədər vulkanın tapılacağını gözləmirdik. Bu vulkanların neçəsinin aktiv olduğunu bilmirik. Yaxın zamanda bunu öyrənəcəyik”, - araşdırmada iştirak edən Robert Binqem deyib.

Qəzet bildirib ki, tapılan vulkanların hündürlüyü 100-3850 metr arasındadır.

 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Tehranda binalar boşaldılır - İsrail zərbə ENDİRƏCƏK