Xarici media hələ də “Eurovision 2011”in azərbaycanlı qaliblərini gündəmdə saxlayır. Modern.az-ın məlumatına görə, “Eurovision TV”-yə müsahibə verən Nigar Camal böyük qızı Səidənin mütləq müğənni olmaq və gələcəkdə Azərbaycanı «Eurovision»da təmsil etmək arzusunda olduğunu söyləyib. Nigar Camalın böyük qızı Səidənin 5, kiçik qızı Jasminin 3 yaşı var.
Britaniya mediası da Nigar Camal barədə çeşidli məlumatlar yaymaqdadır. Axı Nigar əri Luke, qızları Səidə və Jasminlə Londonun şimalında – Enfilddə yaşayırlar.
Mayın 17-də Bakıda keçirilən mətbuat konfransında Nigar Camal ailəsi barədə sualıa cavab verərkən həyat yoldaşının Böyük Britaniya vətəndaşı olan türk olduğnu vurğulamışdı. Modern.az-ın məlumatına görə, Britaniya mətbuatının verdiyi xəbərə görə, Nigarın həyat yoldaşı Haluk (Luke) əslən Kipr türküdür. Onlar 2005-ci ildə ailə həyatı qurublar.
|
|
Nigar Camal və qızları... |
|
Ortada Nigar Camalın həyat yoldaşıdır... Onlar qələbəni qeyd edirlər. |
|
|