Modern.az

Bodibildinq üzrə Respublika çempionatının qalibləri bəlli oldu (FOTOLAR)

Bodibildinq üzrə Respublika çempionatının qalibləri bəlli oldu (FOTOLAR)

Təhsil

22 May 2011, 13:31

Mayın 21-də Şirvan şəhərinin “Şirvan” kinoteatrında Bodibildinq üzrə Respublika çempionatı keçirilib.

Bodibildin fedarasiyası, İdman və Gənclər Nazirliyinin təşkilatçılığı ilə və “Parabank” ASC-nin və “Vindv” klubunun sposorluğu ilə keçirilən respublika çempionatında Bodibildinq üzrə Avropa çempionu, beynəlxalq yarışların mükafatçısı və dəfələrlə respublika çempionu olmuş Vüqar Verdiyev növbəti dəfə Respublika kubokuna yiyələnib.

Bakı bodibildinq məktəbinin yetirmələri Raqif Bayramov ikinci yerə və Kənan Nəcəfov üçüncü yerə layiq görülüblər.

Bodibildinq Federasiyasının Prezidenti Rauf Bünyatəliyev Modern.az-a açıqlmasında bildirib ki, növbəti dünya çempionatı Serbiyada keçiriləcək və bu çempionata biz yeni iştirakçılarla qatılacağıq. İkinci yerin sahibi Raqif Bayramov yığma komandaya qəbul edilib.

 

  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular