Avqustun 13-də Ermənistanda Rusiyaya məxsus hərbi hissənin əsgəri Göyçə gölündə boğulub.
Bu barədə Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir.
Ölkənin Fövqəladə Hallar Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəis müavini Nona Qndoyan deyib ki, rus əsgərin cəsədi dünən saat 18:00 radələrində göldən çıxarılıb.
Göldə boğulan əsgərin Rusiya vətəndaşı 20 yaşlı Radmir Filipovdur.
Məlumata görə, rus əsgər dünən iki əsgər yoldaşı ilə gölə çimməyə gedib və onların yanında suda batıb.