Modern.az-ın məlumatına görə, mayın 22-də Türkiyə Super Liqasının son turunda səfər qarşılaşmasını “Sivaspor” üzərində 4:3 hesablı qələbə ilə tamamlayan “Fənərbaxça” tarixindəki 18-ci çempionluğuna qovuşub.
Sarı-göylülər son tur qarşısında “Trabzonspor”la eyni - 79 xala malik idi. Hər iki klub son turu səfərdə keçirib. “Fənərbaxça” qələbə qazandığı halda, “Trabzonspor” da qalibiyyət əldə edib. Nəticədə hər iki klub 82 xal toplayıb. Belədə öz aralarındakı oyunlara görə yaxşı nəticə göstərmiş “Fənərbaxça” Türkiyə çempionu oldu.
1. Fənərbaxça 82
2. Trabzonspor 82
3. Bursaspor 61
4. Gaziantepspor 59
5. Beşiktaş 54
6. Kayserispor 51
7. Eskişehirspor 47
8. Qalatasaray 46
9. Karabükspor 44
10. Manisaspor 43
11. İstanbul BŞB 42
12. Antalyaspor 42
13. Ankaragücü 41
14. Gənçlərbirliyi 40
15. Sivasspor 35
16. Bucaspor 26
17. Konyaspor 24
18. Kasımpaşa 23
Modern.az