Modern.az

Bərdədə piyadanı vurub qaçan sürücü tutuldu

Bərdədə piyadanı vurub qaçan sürücü tutuldu

14 Avqust 2017, 12:39

Bərdədə qadın piyadanı vuraraq qaçan sürücü saxlanılıb.

 

Daxili İşlər Nazirliyindən Modern.az saytına verilən məlumata görə, avqustun 13-də Bərdə rayonunun Şıxlı kəndi ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən şəhər sakini Şəbnəm İsmayılova vurulub və o, hadisə yerində ölüb.

 

Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən “VAZ-21114” markalı avtomobilin sürücüsü – Yevlax şəhər sakini Rəhim Əlişli tutulub.

 

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza