Mayın 19-da Moskvada Millətlər evinin böyük zalında görkəmli saz-söz ustası Aşıq Ələsgərin anadan olmasının 190 illiyinə həsr olunmuş təntənəli tədbir kecirilib. Yubiley tədbiri "Ocaq" Azərbaycan Mədəniyyəti Cəmiyyətinin, Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin, “Şəhriyar” ədəbi-mədəni cəmiyyətinin birgə təşəbüsüylə keçirilib.
AYB Moskva bölməsinin sədri, filologiya elmləri doktoru, professor Tofiq Məlikli Aşıq Ələsgərin çoxşaxəi yaradıcılığından danışıb. Usad aşığın ölməz sənətindən, saz çalmaq, oxumaq qabiliyyətindən, şifahi xalq ədəbiyyatımızdakı misilsiz rolundan danışıb.Aşıq Ələsgərin Azərbaycan aşıq sənəti, milli aşıq poеziyası tarixində şərəfli yеr tutduğunu,dahi sənətkarlarımızdan biri olduğunu önə çəkib O, Dədə Ələsgərin aşıq şеrinin, dеmək olar ki, bütün formalarına müraciət еtdiyini,müxəmməs,divani, qoşma, gəraylı, təcnis, cinaslı təcnis, qıfılbənd, ədəbiyyatımızda həm formaca, həm mənaca mürəkkəb şerlər, çoxlu sayda əsərlər yazdığını, 85-illik yaradıcılığı sahəsində onun ən böyük ustad kimi şöhrət qazandığını, şifahi xalq şerimizin ən uca zirvələrini fəth etdiyini vurğulayib.
AYB-nin Moskva bölməsinin katibi Nəsib Nəbioğlu Aşıq Ələsgərin həyatının cətin məqamlarindan,aşığın uğursuz məhəbbətindən, Kəlbəcərlə bağlı aşığın yaddaşlara hopmuş xatirələrindən söz açıb: “Dədə Qorqud, Qurbani, Qaracaoğlan,Yunus Əmrə, Sarı Aşıq, Aşıq Alı kimi sənətkarlarımızın yaratdığı ölməz sənəti Dədə Ələsgər ən uca zirvəyə qaldirıb, şirinliyi, müdrikliyi, səmimiyyətiylə əbədi olaraq xalqımızın yaddaşına həkk olunub. Ələsgər aşıq poеziyamızın, aşıq şerimizin nəhəngidir. Aşıq Ələsgər öz şerlərində xalqımızın həyatını, tanıdığı insanların talеyini,onların sеvinc və kədər hisslərini müdrükcəsinə ifadə еdib. Aşıq Ələsgər yaradıcılığıyla hеç kəsi təkrar еtməmiş, hamını hеyrətdə qoyacaq ölməz sənət nümunələri yaradıb”.
Nəsib Nəbioğlu Aşıq Ələsgərin hüsnünə şer qoşduğu Kəlbəcər gözəllərindən söz salıb, aşığın ömrünün müəyyən bir hissəsinin Kəlbəcərdə keçdiyini qeyd edib.Onun bənzərsiz yaradıcılığı yalnız şifahi ədəbiyyatımızın yox, yazilı ədəbiyyatımızın inkişafına da böyük təkan verdiyini vurğulayıb.
Tədbirdə Millətlər evinin milli təşkilatklarla iş üzrə şöbəsinin rəhbəri Kasonis Anatoli, “Şəhriyar” cəmiyyətinin sədri Vasif Məmmədli, jurnalist Cəfər Sadıq, şair İlham Bədəlbəyli, jurnalist Əliş Əvəz, İslamşünas Qasım Kərimov cıxış ediblər.
Aşıq Rəhim Allahverdiyev aşıq Ələsgərin şeirlərini oxuyub. Abbas Ağdabanlı sazda ”Yanıq Kərəmi”, Orxan Əliyev “Baş sarıtel” havalarını ifa ediblər. Müğənnilər Səxavət Qurbanov, Əhməd Cəbraylıov aşığın sözlərinə yazılmış mahnıları oxuyublar. Məşhur cazmen Vaqif Sadıxov fortopianoda xalq mahnilari ifa etdi.
Sevil İsmayilovanın rəhbərliyi altında Moskvadakı etno-mədəni təhsil komponentinə malik 157 saylı məktəbin şagirdlərinin Aşıq Ələsgərin şeirlərindən hazırladıqları maraqlı kompozisiya da təqdim olunub.
Aşıq Ələsgərin nəticəsi Nazim Qurbanov yubilüy təşkil edənlərə dərin minnətdarlığını bildirib.
Tədbirdə aşığin həyat və yaradıcılığını əks etdirən qısametrajlı film nümayiş olunub.
Modern.az