Modern.az

Bayraq Meydanına TƏHLÜKƏ...

Bayraq Meydanına TƏHLÜKƏ...

Aktual

14 Avqust 2017, 15:14

Bakıdakı  Dövlət Bayrağı Meydanı 2007-ci ildə yaradılıb. Dənizkanarı 60 hektar ərazidə yerləşən Dövlət Bayrağı Meydanı Kompleksində parklar, gəzinti, istirahət və kütləvi idman-əyləncə tədbirlərinin keçirilməsi üçün sahələr mövcuddur.

 

Hazırda əraziyə texniki baxış keçirildiyindən bayraq dirəyi götürülüb. Bayraq Meydanının yerləşdiyi ərazinin seysmik dayanıqlığı da tez-tez müzakirə mövzusuna çevrilir. Adıçəkilən ərazidə Bayraq dirəyinin quraşdırılması təhlükəlidirmi?

 

Məsələyə Respublika Seysmoloji Mərkəzinin Seysmologiya və geodinamika şöbəsinin müdiri Tahir Məmmədli məsələyə aydınlıq gətirib.

O, Modern.az-a açıqlamasında seysmik təhlükəli zonalarda tikinti işlərinin aparılmamasının doğru olmadığını diqqətə çatdırıb.

 

“Seysmoloji Mərkəzlərdə seysmik dayanıqlı binalar, qurğular inşa ediblər. Bu təhlükəni qabaqlayan vasitələr olduğundan  o qədər də problem deyil. Bu, o demək deyil ki, seysmik təhlükəli zonalarda heç nə tikilməməlidir. Sadəcə qabaqlayıcı tədbirlər görülür və risk sıfıra endirilir”.

 

Tahir Məmmədli, hazırkı Bayraq Meydanı ərazisindən danışarkən vaxtilə ərazidə seysmik təhlükənin olduğunu da bildirib.

 

“Məsələn, 2000-ci ilin 25 noyabrında baş vermiş güclü zəlzələ nəticəsində həmin ərazidə zəlzələnin şkalası 7 bal gücündə olmuşdu.

 

Seysmik təhlükə hiss oluna bilər. Amma əminəm ki, buna qarşı seysmik dayanıqlı tədbirlər görülür. Azərbaycanın istənilən ərazisi seysmik təhlükəli zona sayılır.

Bu və ya digər yerdə baş verən güclü zəlzələlər Azərbaycanın hər bir yerini titrədə bilər. Bayraq Meydanı ərazisi də seysmik cəhətdən aktiv seysmik təhlükəyə məruz qala bilər.

Xəzər dənizində olan güclü zəlzələlər Bayraq Meydanı ərazisində də hiss oluna bilər. Düşünürəm ki, belə bir dövlət əhəmiyyətli qurğuların inşasında seysmik təhlükəsizlik tədbirləri hökmən görülür. Mənə elə gəlir ki, Bayraq Meydanı uğurlu yerdədir”.

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir