Azərbaycan nefti yenidən ucuzlaşdı. Modern.az xəbər verir ki, yeni həftənin ilk alqı-satqı günündə dünya birjalarında neftin qiyməti 2 faizdən çox aşağı düşüb. Bu gün axşam saatlarında “Brent” markalı neftin oktyabr fyuçersinin 1 barrelinin qiyməti 50,97 dollara satılıb.
Bu göstərici bazar ertəsi səhər qeydə alınmış qiymətdən 1,13 dollar, yaxud 2,17 faiz aşağıdır.
Modern.az