Modern.az

“Qarabağ”dan tarixi qələbə, Yenilənib

“Qarabağ”dan tarixi qələbə, Yenilənib

Aktual

15 Avqust 2017, 21:51

"Qarabağ"-"Kopenhagen" matçı yekunlaşıb. Modern.az xəbər verir ki, oyun Ağdam təmsilçisinin minimal üstünlüyü ilə başa çatıb - 1:0. Oyunda yeganə qolu  25-ci dəqiqədə "Qarabağ" komandasının oyunçusu Mahir Mədətov vurub. Sonrakı dəqiqələr də "Qarabağ"ın üstünlüyü ilə keçsə də, qapılara qol vurulmayıb.

Bu komandalar arasında cavab qarşılaşması bir həftə sonra Danimarkada keçiriləcək.

Qeyd edək ki, “Qarabağ” tarixində ilk dəfə Çempionlar Liqasının pley-off mərhələsində mübarizə aparır.

 

20:25

 

Çempionlar Liqasının pley-off mərhələsində ilk qarşılaşmasına çixan “Qarabağ” hesabda önə keçib. Modern.az xəbər verir ki, “Qarabağ”ın oyunçusu Mahir Mədətov oyunun 25-ci dəqiqəsində ilk qolu “Kopenhagen” klubunun qapısından keçirib.

 

20:25

 

Çempionlar Liqasının pley-off mərhələsində ilk qarşılaşmalar keçirilir. Modern.az xəbər verir ki, tarixində ilk dəfə Çempionlar Liqasının pley-off mərhələsində mübarizə aparan “Qarabağ” komandası  “Kopenhagen” klubu ilə qarşılaşır. Komandalar oyuna aşağıdakı heyətlə çıxıb. "Qarabağ": 13. İbrahim Şehiç, 5. Maksim Medvedev, 25. Ansi Aqolli, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov, 2. Qara Qarayev, 8. Miçel, 20. Riçard Almeyda, 11. Mahir Mədətov, 17. Donald Gerrye, 9. Dino Ndlovu

 

"Kopenhagen": 25. Robin Olsen 3. Pyer Benqtsson, 20. Nikolay Boylesen, 22. Peter Ankersen, 27. Mixael Lüftner - 6. Uilyam Kvist, 7. Benjamin Verbiç, 8. Uroş Matiç, 24. Yussef Tutu - 9. Federiko Santander, 11. Andriya Pavloviç

 

Qeyd edək ki, oyun Tofiq Bəhramov adına Respublika stadionunda 20:00-da başlayıb.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı