Modern.az

Bu gün Bakı metrosu xüsusi rejimdə işləyir

Bu gün  Bakı metrosu xüsusi rejimdə işləyir

Aktual

15 Avqust 2017, 20:19

“Qarabağ” və “Kopenhagen” oyunu ilə əlaqədar Bakı metrosunda xüsusi qrafik tətbiq ediləcək. Modern.az xəbər verir ki, bu barədə "Azərtac"a açıqlamasında "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.

O bildirib ki, hazırda Bakı metrosunda yay qrafiki tətbiq edilir. Bu gün baş tutacaq "Qarabağ” və "Kopenhagen” oyunundan sonra sərnişin sıxlığının qarşısını almaq üçün qatarlar arasında hərəkət intervalı azaldılacaq. Bundan əlavə, sərnişinlərin təhlükəsiz şəkildə stansiyaya daxil olmaları tənzimlənəcək.

Həmçinin N.Paşayevin sözlərinə görə, qatarların platformada dayanma vaxtı da artırılacaq ki, sərnişinlər rahat şəkildə vaqonlara minə bilsin. "Bakı Metropoliteni” QSC-nin Hərəkət Xidməti rəisi sərnişinlərin metro stansiyaya qəbulu və yola salınmasına şəxsən nəzarət edəcək.

Qeyd edək ki, futbol üzrə UEFA Çempionlar Liqasının play-off mərhələsinin ilk oyunları çərçivəsində bu gün Tofiq Bəhramov adına Respublika stadionunda təmsilçimiz “Qarabağ” Danimarkanın “Kopenhagen” klubunu qəbul edir.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı