Modern.az

Magistraturanın boş qalan yerlərinə qəbulun tam siyahısı dərc olundu

Magistraturanın boş qalan yerlərinə qəbulun tam siyahısı dərc olundu

Aktual

16 Avqust 2017, 11:58

Dövlət İmtahan Mərkəzi (DİM) "Magistr" jurnalının 7-ci nömrəsini nəşr edib. 

 

Bu haqda DİM-dən Modern.az-a verilən məlumatda bildirilib.

 

Jurnalda 2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerlərinə qəbulun nəticələri dərc olunub. 

Jurnalda həmçinin ixtisaslaşmalar üzrə minimal keçid balları və dövlət sifarişli yerlər üzrə müsabiqə nəticəsində alınan keçid balları təqdim olunub.

 

Jurnalı Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanlarında yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı