Modern.az

“Turan” agentliyində axtarışlar gedir

“Turan” agentliyində axtarışlar gedir

Aktual

16 Avqust 2017, 12:22

Bu gün səhər saatlarından etibarən Vergilər Nazirliyinin vergi cinayətlərinin ibditai istintaqı Departamentinin əməkdaşları “Turan” informasiya agentliyinin ofisində axtarışlara başlayıblar.

 

Ofisə daxil olan vergi əməkdaşları agentliyin bütün mühasibat sənədlərini tələb ediblər. Vəkil Fuad Ağayev özünün “Facebook” səhifəsində “Turan” agentliyində “hərtərəfli yoxlama getdiyini” bildirib.

 

Xəbər verildiyi kimi Vergilər Nazirliyi “Turan” agentliyini vergidən yayınmaqda ittiham edir. Bununla bağlı avqustun 7-də cinayət işi qaldırılıb. Ertəsi gün agentliyin fəaliyyətinə dair kameral vergi yoxlaması başlayıb. “Turan” vergidən yayınma ittihamını qəbul etmir.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı