Avqustun 15-də Gədəbəy şəhərindəki parkda naməlum şəxs rayon sakini 14 yaşlı Turay Şabanova bıçaqla xəsarət yetirərək hadisə yerini tərk edib.
Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, T.Şabanov xəstəxanaya aparılarkən yolda ölüb.
Gədəbəy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən, rayon sakini olan yeniyetmə saxlanılıb.