Türkiyənin Şırnak əyalətinin Namz Dağının Sori təpəsi ərazisində keçirilən anti-terror əməliyyatları zamanı bir hərbçi şəhid olub.
Bu barədə Modern.az Türkiyə KİV-nə istinadla bildirir.
Məlumata görə, təhlükəsizlik qüvvələri avqustun 16-da səhər saatlarından terrorçu PKK qruplaşmasına qarşı ani-terror əməliyyatı keçirir.
Əməliyyat zamanı terrorçular Güneyçam kəndini raketlərdən atəşə tutub. Təhlükəsizlik qüvvələri onlara cavab verib və atışma 10 dəqiqə sürüb.
Məlumata görə, bölgədə terrorçuların zərərsizləşdirliməsi istiqamətində əməliyyatlar davam edir.