Modern.az

Ziya Məmmədovun adamları Fazil Məmmədovun adamlarını aldadıb

Ziya Məmmədovun adamları Fazil Məmmədovun adamlarını aldadıb

23 May 2011, 16:22

Milli Məclisinin təşəbbüsü ilə keçirilən “Parlament kuboku – 2011” mini futbol turnirində qalmaqal baş verib.

Modern.az saytı yarışın təşkilatçılarına istinadən bildirir ki, 18 may tarixində saat 18.00-da “C” qrupunda yer almış Vergilər və Nəqliyyat Nazirliklərinin futbol komandaları arasında keçirilən oyunun başa çatmasından dərhal sonra, Vergilər Nazirliyi futbol komandasının üzvləri tərəfindən turnirin təşkilat komitəsinin oyunda iştirak edən nümayəndələrinə meydançada oyunun gedişi zamanı peşəkar futbolçuların olması ilə bağlı iradlar bildirilib
Vergilər Nazirliyinin futbol komandasının “Parlament kuboku 2011” futbol turnirin təşkilat komitəsinə ünvanladığı müraciətə əsasən, 19 may tarixində turnirin təşkilat komitəsi tərəfindən Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına haqlarında peşəkar futbolçu olmaları ilə bağlı iddia irəli sürülmüş şəxslər haqqında sorğu göndərilib.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən göndərilən cavabda adları göndərilən şəxslərdən ikisinin həqiqətəndə həvəskar futzal liqasında mübarizə aparan komandalarda iştirakı rəsmi olaraq təsdiqlənib.
Bununla bağlı “Parlament kuboku 2011” futbol turnirinin təşkilat
komitəsi qərara alıb ki, 18 may tarixində Vergilər və Nəqliyyat Nazirliklərinin futbol komandaları arasında keçirilən oyun nəticəsi qüvvədə saxlanılmaqla, aşağıda adları göstərilən şəxslər Nəqliyyat Nazirliyinin futbol komandasının heyətindən kənarlaşdırılır.

1. Məmmədov Elnar
2. Məmmədov Vüqar Rəfi oğlu
3. Fərzəliyev Rüfət Fərruh oğlu

Qeyd edək ki, həmin oyunda Nəqliyyat Nazirliyinin komandası Vergilər Nazirliyindən olan həmkarlarına  3:1 hesabı ilə qalib gəliblər.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular