Milli Məclisin deputatı Azay Quliyev mayın 24-də Belçikanın paytaxtı Brüselədə səfərdə olacaq. Parlamentdən Modern.az saytına bildirilib ki, millət vəkili Avropa Parlamentində Belçika – Azərbaycan Dostluq Cəmiyyəti ilə Azərbaycanlılar və digər Türk Xalqları Əməkdaşlığı Mərkəzinin birgə təşkil etdiyi kofransda iştirak edəcək.
Tədbirdə “Avropa Birliyi – Azərbaycan əməkdaşlığı; geosiyasi gerçəklər” mövzusunda məruzələr dinləniləcək.
Səfər mayın 27-də başa çatacaq.
Modern.az