Modern.az

Ankarada 28 May tədbiri keçiriləcək

Ankarada 28 May tədbiri keçiriləcək

23 May 2011, 17:07

Azərbaycanın Türkiyədəki səfirliyi 28 May Respublika Günü münasibətilə cari ilin 26 may tarixində Ankaranın “Sheraton Hotel” mehmanxanasında geniş tərkibli tədbir keçirməyi planlaşdırır.

Bu barədə Modern.az saytına səfirlikdən məlumat verilib.

Tədbirdə, Türkiyənin yüksək vəzifəli dövlət rəsmiləri, tanınmış ictimai-siyasi xadimlər, millət vəkilləri, elm adamları, fikir quruluşlarının nümayəndələri, Ankarada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və təmsilçiləri, diaspor nümayəndələri və KİV nümayəndələrinin iştirakı gözlənilir.

Tədbir zamanı 2011-ci ilin Azərbaycanda turizm ili olması münasibətilə ölkəmizin turizm potensialı ilə bağlı əyani materialların səfirlik tərəfindən tədbir iştirakçılarına paylanılması nəzərdə tutulub.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular