“Demokratik İslahatçı Gənclər” İctimai Birliyinin (DİGİB) İdarə Heyətinin üzvü, Avropa Birliyinin Şərq Tərəfdaşlığı çərçivəsində Azərbaycan Milli Platformasının üzvü Vüsalə Hüseynli 24 - 26 may tarixində Moldovada səfərdə olacaq.
İctimai Birlikdən verilən məlumata görə, səfərdə məqsəd Avropa Birliyinin Şərq Tərəfdaşlığı ölkələrinin Regional Gənclər Programının yeni strategiyasının qəbuludur.
Qeyd edək ki, Platforma üzvü aparılan müzakirələrdə Azərbaycan gənclərinin Avropa Birliyi ilə əlaqələrinin intensivləşməsi və gənclərin viza problemlərinin sadələşdirilməsi ilə bağlı müəyyən təklifləri irəli sürəcək.
Eyni zamanda, göürş çərçivəsində bir neçə beynəlxalq təşkilatların və Şərq Tərəfdaşlığında təmsil olunan ölkələrin nümayəndələri ilə ikitərəfli görüşlərin də keçirilməsi də planlaşdırılır.