“Quduz it dişləyən uşaqların vəziyyəti normaldır. Hamısı evə buraxılıb”. Bu barədə Modern.az-a açıqlamasında Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının baş həkiminin müavini Mirnazir Muxtarov Modern.az-a açıqlamasında deyib.
Baş həkimin müavini bildirib ki, hazırda it dişləməsi ilə bağlı xəstəxanada yatan kimsə yoxdur.
“Uşaqların heç birində patoloji hal qeydə alınmayıb. Həmçinin, quduz it dişləməsinə görə müraciət edənlər arasında müxtəlif yaş qruplarına təsadüf olunur.
Təbii ki, itlərə qarşı mübarizənin gücləndirilməsi ilə bağlı bütün qurumlara müraciət olunub. Həmçinin it dişləməsi faktlarına respublikanın bir çox bölgələrində rast gəlmək mümkündür. Sadəcə, dünən ölüm faktının olması itlərə qarşı mübarizəni gücləndirib”.
Qeyd edək ki, iyulun 31-də Sumqayıtın 10-cu mikrarayon ərazisində kütləvi itdişləmə hadisəsi qeydə alınıb. 11 nəfəri it dişləyib. Quduz it 5 yaşlı şəhər sakini Mikayılzadə Zeynəb Elçin qızını dişləyərək ölümcül hala salıb. 5 yaşlı uşaq dünən dünyasını dəyişib.