Modern.az

5 abituriyent imtahan zalından qovulub, 8 nəfər köçürməyə yol verib

5 abituriyent imtahan zalından qovulub, 8 nəfər köçürməyə yol verib

24 May 2011, 11:05

Rus bölməsinin 188 abituriyenti imtahana gəlməyib

Xəbər verdiyimiz kimi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2011-ci il mayın 22-də Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Lənkəran və Quba şəhərlərində rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənnindən imtahan  keçirib.
Nəticələr artıq TQDK-nın internet saytında (//www.tqdk.gov.az/azdili/) yerləşdirilib.
İmtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla “İmtahancell” xidməti vasitəsilə öyrənmək olar. Bunun üçün Azercell və Bakcell nömrələrindən abituriyentlərin iş nömrələrini 7727 nömrəsinə göndərmələri kifayətdir.

TQDK-dan Modern.az-a verilən məlumata görə, imtahanda iştirak etmək hüququ olan 10275 abituriyentdən 188 nəfəri imtahana gəlməyib.

İmtahan qaydalarını pozduğuna görə 5 nəfər imtahandan xaric edilib və nəticələri ləğv olunub.

Cavab kartlarının emalı zamanı xüsusi kompyuter proqramları vasitəsilə aparılan araşdırmalar nəticəsində imtahanda 8 nəfərin köçürməyə yol verdikləri aşkar edilib, qəbul qaydalarına uyğun olaraq həmin abituriyentlərin nəticələri ləğv olunub.

İmtahanda iştirak edən abituriyentdən 8696 nəfəri müsabiqə şərtini ödəyib və  “məqbul” qiyməti alıb.

Mayın 22-də keçirilən imtahandan “qeyri-məqbul” qiyməti alan və ya bu imtahanda iştirak etməyən abituriyentlər 2011-ci il iyunun 26-da keçiriləcək növbəti “Azərbaycan dili” imtahanında iştirak edə bilərlər. 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular